XRONOLOGİYA


1826-28-ci illər: Rus-İran müharibəsində İranın məğlub olmasından istifadə edən ermənilərin Cənubi Qafqazda kütləvi axını 8949 erməni ailəsinin İrəvan, Naxçıvan və Qarabağda məskunlaşması. Elə bu vaxtdan DQ ermənilərin azərbaycanlılara qarşı mübarizə meydanına çevrildi.

1828-ci il: “Türkmənçay” müqaviləsi üzrə Azərbaycan Rusiya ilə İran arasında bölüşdürüldükdən sonra Cənubi Qafqaza İrəvan xanlığına ermənilərin kütləvi axını başlandı, 40 min erməni ailəsi Azərbaycana köçürüldü.

1829-cu il: Rusiya ilə Türkiyə arasında Ədirnə sülh müqaviləsinə əsasən Türkiyədən Qafqaza 12655 erməni ailəsi köçürüldü.

1828-30-cu illər: Çarizm Qafqaza Türkiyədən 846000 erməni köçürərək, onları Qarabağın, İrəvanın, Borçalı, Axalkan, Axaltaxisin ən yaxşı torpaqlarında yerləşdirdi.

1828-39-cu illər: Qarabağın Dağlıq zonasına 200.000 erməni köçürüldü.

1877-79-cu illər: Rus-Türk müharibəsi illərində Qafqazın cənubuna 185.000 erməni gətirildi.

1893-94-cü illər: Ermənilərin Azərbaycan ərazisinə ən çox köçməsi dövrüdür.

1894-96-ci illər: Türkiyədə erməni türk və erməni kürd toqquşmaları törədildi.

1896-ci il: Zaqafqaziyada gəlmələrin hesabına ermənilərin sayı 900.000 nəfərə çatmışdı.

1905-ci il: Azərbaycanlıların ermənilər tərəfindən mə’ruz qaldığı soyqırım genişləndirilib Naxçıvana, İrəvana, Zəngəzura, Qarabağa və Gəncəyə keçirildi. Şuşa, Cavanşir, Cəbrayil və Zəngəzur qəzalarında 75 azərbaycan kəndi yandırıldı.

1908-ci il: Zaqafqaziyada gəlmələrin hesabına ermənilərin sayı artıb 1.300.000 nəfərə çatdı, bunun 1.000.000 nəfərini çarizm xarici ölkələrdən köçürüb gətirmişdi.

1914-noyabrın 14-də-1915-ci ilin əvvələri: I Qafqaz ordusu Sarı Qamış yaxınlığındakı qələbəsi Xoy, Urmiya, Səlmas əyalətlərində (50 min), Qars, Ərdahan bölgələrində 200.000-dən artıq soydaşımız qətlə yetirildi.

1918-ci il: Bolşevik hakimiyyətini qurmaq adı altında Bakıda, Şirvanda, Qubada, Lənkəranda, Kürdəmirdə 50 mindən artıq azərbaycanlı məhv edildi. Təkcə Bakıda 15 min adam öldürüldü.

1919-cu il 23 noyabr: Tiflisdə Azərbaycan hökümətinin gərgin sə’yi nəticəsində Azərbaycanla Ermənistan arasında müqavilə imzalandı və toqquşmalar dayandırıldı.

1919-20-ci illər: Törədilmiş qırğınlar nəticəsində İrəvan quberniyasının əhalisi 378.582 nəfərdən azalıb 12 min nəfərə çatdı.

1905-20-ci illər: İrəvan ərazisində 10.000-ə qədər kənd dağıdılmış və əhalisi öldürülmüşdü.

1921-ci il: Köçürülmüş ermənilərin hesabına Erməni dövləti yaradıldı.

1922-ci il 27 oktyabr: RK(b)P Zaqafqaziya ölkə komitəsi Rə’yasət heyətinin iclasında RK(b)p MK Qafqaz bürosunun Qarabağa muxatriyyət verilməsi haqqında 5 iyul 1921-ci il tarixli qərarın Azərbaycan K(b)MK-si tərəfindən həyata keçirilməsi qərara alındı.

1929-cu il fevralın 18-də: Türkiyənin, Azərbaycanın və Naxçıvanın xəbəri olmadan Zaqafqaziya MİK-i 9 kənd, Qarsevan sovetliyinin tərkibində olan Mehri və digər yerləri ermənilərə verdi. Sonra Zəngilan tabeliyində olan azərbaycanlılar yaşayan Nüvədi, Əldərə Ermənistana birləşdirilib Mehri rayonu təşkil edildi.

1948-50-ci illər: 180 min Ermənistanda yaşayan azərbaycanlı öz torpaqlarından qovuldu.

1965-ci il: Yerevanda “Genosid” hadisəsinin 50 illiyi münasibətilə abidə qoyulmasına nail oldular və “Genosid”-əldə bayraq edildi.

XIX əsrin 60-ci illəri: Ermənilər Qarabağ məsələsini yenidən ortaya atıb, öz məqsədlərinə çatmaq üçün “Dənizdən-dənizə” xəritəsini yaratmışdır. Ermənistan ərazisində olan qədim Azərbaycanın şəhər və kəndlərinin adlarını dəyişib Erməni adları ilə adlandırdılar.

1985-ci il: M.S. Qorbaçov Sov.İKP MK Baş Katibi seçiləndən sonra “Böyük Ermənistan” tərəfdarları fəallaşdı.

1987-ci il: Parisdə “Humanite” qəzetinin 18 noyabr 1987-ci il tarixli nömrəsində akademik A.Aqanbekyan yazırdı ki, DQMV Ermənistan SSR tərkibində olmalıdır. Bu məsələ M.Qorbaçovla razılaşdırılmışdır.

1988-ci il: Əvvəlcədən hazırlanmış plan üzrə Stepanakertdə (Xankəndində) tə’tillər başlandı.

1988-ci il 20 fevral: Vilayət Sovetinin deputatları (ermənilər) Qarabağ Vilayətinin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistana daxil olmasına səs verdilər. Müraciətlər Yerevan, Bakı və Moskvaya göndərildi.

1988-ci il 22 fevral: Stepanakertdə vilayət partiya fəalları yığıncağı keçirildi. Sov. İKP MK katibi V.Q.Razumovski çıxısında milli ərazi quruluşunu dəyişdirmək məqsədini güdən hərəkətləri və tələbləri pislədi.

1988-ci il 25 fevral: Erməni din xadimi katalikos Vazgenin Ermənistan televiziyasi ilə çıxışı erməniləri daha da qızışdırdı.

1988-ci il 25 fevral: Əsgəranda ermənilər 2 azərbaycanlını, az sonra Bakıda Vorovski qəsəbəsində erməni azərbaycanlı milis işçisini öldürdü.

1988-ci il 26 fevral: M.Qorbaçovun Azərbaycan və Ermənistan zəhmətkeşlərinə müraciəti qəbul edildi.

1988-ci il fevralın 26-da: Erməni millətçiləri Sumqayıt faciəsini törətdilər.

1988-ci il fevralın 25-26-da: Yerevanda nümayişlər keçirildi. Xeyli azərbaycanlı Sumqayıt, Saray və Fatmayi kəndlərinə axışdı. Əsgəranda 16 və 23 yaşlı iki gənc öldürüldü. Sumqayıtda qətlə yetirilmiş 26 erməni üçün 96 azərbaycanlı Moskva inzibati orqanları tərəfindən müxtəlif cəzalara mə’ruz qaldı.

1988-ci il 18 iyul: SSRİ Ali Sovetinin iclası Dağlıq Qarabağın Azərbaycan SSRİ tərkibində olmasını və ərazi bütövlüyünü dəyişdirilməsinin qeyri mümkünlüyünü hesab etdi.

1988-ci il 3 sentyabr: Kərkicahan atəşə tutuldu. Ermənilər vərəqələr yaymaqla azərbaycanlıları hədələyirdilər. Sentyabrın 21-də bir neçə basqından sonra axırıncı azərbaycanlı Xankəndini tərk etdi.

1988-ci ilin sonları: Hər iki respublikada xüsusi vəziyyət e’lan edildi. Ermənistandan 200 minə yaxın azərbaycanlı, 18 min müsəlman kürdü, minə qədər rus dilli əhali silah gücü ilə çıxarıldı. 255 azərbaycanlı öldürüldü.

1988-ci il 10 dekabr: Daşnaklar Ermənistanı türksüz respublika e’lan etdi.

1989-cu il martın sonu: 190 min ermənidən cəmi 23 mini Azərbaycanı tərk etdi, çox az adam “Böyük Ermənistana” üz tutdu.

1992-ci il 26 fevral: XX əsrin ən böyük faciəsi-Xocalı qırğını baş verdi. Yüzlərlə dinc sakin al qanına qəltan edilib öldürüldü.

1992-ci il 8 may: Şuşa şəhəri Ermənilər tərəfindən zəbt edildi.

1992-ci il 17 may: Laçın rayonu Ermənilər tərəfindən zəbt edildi.

1993-cü il 3-4 aprel: Kəlbəcər rayonu Ermənilər tərəfindən zəbt edildi.

1993-cü il 15 iyun: H.Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Ə.Elçibey iyunun 17-dən 18-nə keçən gecə Naxçıvana, Kələki kəndinə getdi. 24 iyun prezident səlahiyyətləri Ali Sovetin sədrinə həvalə edildi.

1993-cü il 5 iyul: H.Əliyev xarici ölkə səfirləri və BMT-nin Azərbaycandaki səlahiyyətli nümayəndələrini qəbul edib Azərbaycandakı və cəbhədəki vəziyyət haqqında mə’lumat verdi.

1993-cü il 23 iyul: Ağdam ermənilər tərəfindən zəbt edildi.

1993-cü il 29 iyul: BMT-nin Təhlükəsizlik şurasında qəbul edilmis 853 nömrəli qətnamədə erməni qüvvələrinin Azərbaycan torpaqlarına hücumu pisləndi və Ağdam və digər işğal edilmiş ərazilərdən dərhal çıxmaları tələb olundu.

1993-cü il 18 avqust: BMT Təhlükəsizlik şurasının sədri bəyanatla çıxış edib 822 və 853 nömrəli qətnamələrin yerinə yetirilməsini ermənilərdən tələb etdi.

1993-cü il 19 avqust: İran dövləti Ermənistanın ünvanına kəskin bəyanatla çıxış edib Azərbaycanın işğal edilmiş ərazilərinin tezliklə boşaldılmasını tələb etdi.

1993-cü il 23 avqust: Cəbrayıl rayonu Ermənilər tərəfindən zəbt edildi.

1993-cü il 23 avqust: Füzuli rayonu Ermənilər tərəfindən zəbt edildi.

1993-cü il 31 avqust: Qubatlı rayonu Ermənilər tərəfindən zəbt edildi.

1993-cü il sentyabrın 5-8: H.Əliyev Moskvada oldu və bir çox məsələlərlə əlaqədar əməli söhbət apardı.

1993-cü il 30 oktyabr: Zəngilan rayonu Ermənilər tərəfindən zəbt edildi.

1993-cü il 19 dekabr: H.Əliyev Fransadakı görüşlərində DQ məsələsinə geniş yer verdi.

1993-cü il 23 dekabr: H.Əliyev ilə Ter-Petrosyan arasında görüş keçirildi.

1994-cü il 5-6 dekabr və 13-15 mayda: Dövlət başçılarının Budapestdə Zirvə toplantısında və Mərakeşdə 52 ölkənin üzvü olduğu İslam təskilatının 7-ci Zirvə Konfransında ermənilərin təcavüz siyasəti kəskin tənqid edildi.

NƏTİCƏ:

1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul edilmiş 822, 853, 884 saylı 4 qətnaməsinə baxmayaraq, əməl edilməmişdir. Bu günədək iki respublika arasında danışığlar gedir. XX əsrdə ermənilər bütövlükdə 1 milyon azərbaycanlını qətlə yetirmiş, 1.5 milyonu isə Ermənistandan qovmuşdur.